Əfqanıstanın Bəlx vilayətində Taliban qrupunun doxsan üzvü öldürülüb
İyul 16, 2019 07:17 Asia/Baku
-
Əfqanıstanın Bəlx vilayətində Taliban qrupunun doxsan üzvü öldürülüb
Əfqanıstan ordusu bu ölkənin şimalında yerləşən Bəlx vilayətində Taliban qrupundan doxsan nəfərin öldürülməsindən xəbər verib.
Əfqanıstan ordusu bir bəyanatda bildiribdir ki, bu doxsan talib bu orqan qüvvələrinin Bəlx vilayətinin müxtəlif məntəqələrində keçirdikləri son "Şahin-207" əməliyyatında öldürülübdür.
Əfqanıstan ordusu Taliban qrupu ilə mübarizə üçün bir həftədən çoxdur ki, Bəlx vilayətinin müxtəlif məntəqələrində "Şahin-207" əməliyyatına başlayıbdır.
Əfqanıstanın müxtəlif məntəqələri, o cümlədən Bəlx vilayəti son aylar taliblərin hücumlarının və əmin-amansızlığın artmasının şahidi olublar.
Əfqanıstanda əmin-amansızlıqların artması bu ölkə xalqının etirazına səbəb olubdur.