Sionist rejimin zindanlarda fələstinli əsirlərə qarşı cinayətləri
-
Sionist rejimin zindanlarda fələstinli əsirlərə qarşı cinayətləri
Otuz yaşlı fələstinli gənc, Nisarın şəhid edilməsinə qarşı etirazlar və onun pislənilməsi davam edir.
Nəreyşen: Bu rejimin zindanlarında otuz yaşlı fələstinli gənc, Nisarın şəhid edilməsinə qarşı etirazların və onun pislənilməsinin davamında, o cümlədən fələstinlilərin Qızıl Xaç Komitəsinin Qəzzə zolağında yerləşən qərargahı qarşısındakı etiraz aksiyasında fələstinlilər bu cinayətləri pisləyiblər. Onlar sionist rejimin cinayətlərinin dayandırılması üçün dünya ictimaiyyətinin təcili tədbirlər görməsini istəyiblər.
İki həftə bundan öncə həbs olunmuş fələstinli gənc, Nisar bu rejim məhbəslərində işgəncə altında şəhid oldu. Nisarın şəhadəti ilə 1967-ci ildən bəri işgəncə və ya müalicə xidmətlərindən məhrum edilmək nəticəsində sionist rejim məhbəslərində şəhid olmuş fələstinlilərin sayı 220 nəfərə çatıb. Onların bir qrupu qəsdən fiziki cəhətdən aradan götürülübdür.
Müsahibə(kişi): Şübhə yoxdur ki, Nisar işgəncə altında şəhid olubdur. Onun barəsində əldə olunmuş bütün informasiyalar göstərir ki, o, qəsdən öldürülübdür.
Müsahibə(qadın): Zehnimə belə gəlməzdi ki, oğlum zindanda öldürüləcək. Həmişə təsəvvür edərdim ki, hər an azad olaraq, ağuşuma qayıdacaqdır.
Nəreyşen: Nisarın şəhadəti xəbərinin elan olunmasının ardınca sionist rejimin zindanları gərgin olubdur. Zindanlardan kənarda da bütün işğal olunmuş ərazilər boyu xalq qrupları bu cinayəti pisləyərək, aksiya və yürüş keçirirlər. Sionistlər bu reportajın hazırlandığı anadək Nisarın cənazəsini təhvil verməkdən çəkiniblər. Belə bir halda, bu şəhidin ailəsi və qohumları öz övladlarının itkisinin qəm-kədərinə qərq olublar.
Müsahibə: Biz bütün fələstinli əsirlərin vəziyyətindən nigaranıq və bütün beynəlxalq təşkilat və müəssisələrdən, eləcə də insan haqlarını müdafiə orqanlarından istəyirik ki, sionist rejimin fələstinli əsirlərə qarşı repressiv hərəkətlərini dayandırmaq üçün ciddi addımlar atsınlar.
Nəreyşen: Şübhə yoxdur ki, sionist rejim məhbəsləri fələstinli əsirlərin yatırılmaları, işgəncə edilmələri, onlarla pis rəftar və onların öldürülmələri mərkəzlərinə çevriliblər və şəhid Nisar bu məsələ üçün ən yaxşı dəlildir.