Yəmənli pilotsuzlar ərəbistanın "məlik xalid" bazasına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i344914-yəmənli_pilotsuzlar_ərəbistanın_məlik_xalid_bazasına_hücum_ediblər
Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkənin ordusu və xalq komitələrinin ərəbistanın Əisr əyalətində yerləşən "məlik xalid" hava bazasına qarşı pilotsuz hücumundan xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2019 17:14 Asia/Baku
  • Yəmənli pilotsuzlar ərəbistanın
    Yəmənli pilotsuzlar ərəbistanın "məlik xalid" bazasına hücum ediblər

Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkənin ordusu və xalq komitələrinin ərəbistanın Əisr əyalətində yerləşən "məlik xalid" hava bazasına qarşı pilotsuz hücumundan xəbər verib.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsəri deyib: Yəmənin ordusu və xalq komitələrinin "Qasif 2K" pilotsuzları diqqətlə ərəbistanın Əisr əyalətindəki "Xəmis Məşit" məntəqəsində yerləşən "məlik xalid" hava bazasındakı radarları və hərbi mövqeləri hədəfə alıblar.

Yəmənin ordusu və xalq komitələri şənbə günü də "məlik xalid" hava bazasını "Qasif 2K" pilotsuzları ilə hədəfə almışdılar.

Yəmənin Ənsarullah hərəkatının sözçüsü Muhəmməd Əbdussəlam ötən həftə təcavüzkar səud koalisiyasına xəbərdarlıq edərək, bildirmişdi ki, Yəmənin raket və pilotsuz hücumları bu koalisiyanın təcavüzünün başa çatmasına və mühasirənin ləğvinədək davam edəcəkdir.