Yəmənlilər Təiz əyalətində səud muzdurların mövqelərini raket atəşinə tutublar
-
Yəmənlilər Təiz əyalətində səud muzdurların mövqelərini raket atəşinə tutublar
Yəmənin ordusu və xalq komitələri dünən gecə bu ölkənin Təiz əyalətində yerləşən Əlvaziyə məntəqəsində səud muzdurların mövqelərini raket atəşinə tutublar.
Yəmənin ordusu və xalq komitələri bildiriblər ki, "Zəlzal-1" tipli dörd ədəd yerli ballistik raketlə səud muzdurların Əlvaziyə məntəqəsindəki mövqelərini hədəfə alıblar.
Bu raket hücumunda onlarla səud muzduru ölüb və yaralanıbdır.
Yəmən silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-mayor Əli Əlmuşəki son zamanlar bildirmişdi ki, yəmənli qüvvələr heç bir təcavüzkarın Yəməndən salamat çıxmayacağına söz veriblər.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsi ilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirə edibdir.
Ərəbistanın Yəmənə qarşı hücumları indiyə kimi 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla nəfərin didərgin düşməsinə səbəb olubdur.