Suriyanın Dəra vilayətində 6 suriyalı əsgər öldürülüb
İyul 28, 2019 04:26 Asia/Baku
-
Suriyanın Dəra vilayətində 6 suriyalı əsgər öldürülüb
Suriyalı mənbələr bu ölkənin Dəra vilayətinin ətrafındakı "Məlihə əl-Ətəş" məntəqəsində bir kamikadze partlayışının baş verməsindən xəbər verib.
Məlumatlara görə, bir kamikadze özünü "Məlihə əl-Ətəş" məntəqəsində yerləşən yoxlama-buraxılış mərkəzində partladıb.
Bu partlayışda altı suriyalı əsgər ölüb, bir qrup insan da yaralanıbdır.
Son aylarda terrorçular ardıcıl şəkildə Suriya ordusuna məğlub oludqdan sonra keçmişdəkindən daha çox kamikadze və kor-koranə partlayışlara üz tutublar.
Bu hücumlarda qadın və uşaqlar xüsusiyyət təşkil etməklə çoxlu sayda Suriya vətəndaşı ölüb və yaralanıbdır.