Yəmən pilotsuzları Nəcran hava limanına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345302-yəmən_pilotsuzları_nəcran_hava_limanına_hücum_ediblər
Bir neçə yəmənli pilotsuzun ərəbistanın Nəcran hava limanına qarşı ahəngdar əməliyyatında bu hava limanındakı səud pilotsuz təyyarələrinin saxlanıldığı məkan və uçuşa nəzarət qülləsi hədəfə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2019 03:05 Asia/Baku
  • Yəmən pilotsuzları Nəcran hava limanına hücum ediblər
    Yəmən pilotsuzları Nəcran hava limanına hücum ediblər

Bir neçə yəmənli pilotsuzun ərəbistanın Nəcran hava limanına qarşı ahəngdar əməliyyatında bu hava limanındakı səud pilotsuz təyyarələrinin saxlanıldığı məkan və uçuşa nəzarət qülləsi hədəfə alınıb.

Ondan az sonra təcavüzkarlar koalisiyasının Nəcranda yerləşən qərargahı da Yəmən ordusunun bir ballistik raketi ilə hədəfə alınıbdır.

Yəmən silahlı qüvvələrinin sözçüsü blldiribdir ki, bu əməliyyatlarda Yəmənə qarşı sərhəd hücumlarına komandanlıq edən təcavüzkarların komandanlıq mərkəzi məhv edilib. Bir neçə hərbi komandir daxil olmaqla bir qrup təcavüzkar da öldürülübdür.

Yəmən ordusunun ərəbistan ərazisinin daxilinədək olan hücumları bu rejimin Əlhudəydədə bir ailənin azı beş üzvünün şəhid olması və yaralanması ilə nəticələnən son cinayətlərinə cavab olaraq həyata keçirilibdir.

Təcavüzkarlaın Yəməndə xalqa və günahsız uşaqlara qarşı cinayətlərinin dərinliyi o həddədir ki, BMT də öz hesabatında ərəbistanla əmirliklərin adlarını uşaqların qırğın olunmaları üzrə qara siyahıya salıbdır.