Yəmənli qüvvələr səud rejiminin yeni cinayətinə cavab veriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345364-yəmənli_qüvvələr_səud_rejiminin_yeni_cinayətinə_cavab_veriblər
Yəmənli qüvvələr təcavüzkarların dünən Səədə əyalətində yerləşən bir bazara qarşı hava hücumunda Yəmən vətəndaşlarının qırğın edilmələrinə cavab olaraq, ərəbistanın "məlik xalid" hava bazasını PUA hücumları hədəfinə çeviriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2019 03:46 Asia/Baku
  • Yəmənli qüvvələr səud rejiminin yeni cinayətinə cavab veriblər
    Yəmənli qüvvələr səud rejiminin yeni cinayətinə cavab veriblər

Yəmənli qüvvələr təcavüzkarların dünən Səədə əyalətində yerləşən bir bazara qarşı hava hücumunda Yəmən vətəndaşlarının qırğın edilmələrinə cavab olaraq, ərəbistanın "məlik xalid" hava bazasını PUA hücumları hədəfinə çeviriblər.

Yəmən silahlı qüvvələrinin sözüçüsü Yəhya Səri deyib: Ərəbistanın "məlik xalid" hava bazasına qarşı PUA hücumu təcavüzkarlar koalisiyasının Səədə əyalətində yerləşən Qətabir bazarına qarşı təcavüzlərinə və bu ölkəni zalımcasına müsadirə etməsinə bir cavab idi.

Belə bir halda, Yəmən xalq konqresi partiyası bildirib: Səud təcavüzkarlarının Səədə əyaləti bazarında törətdikləri qırğın geniş miqyaslı hərbi cinayətdir.

Bu yəmənli partiya əlavə edib: Beynəlxalq ictimaiyyətin təcavüzkarların Yəmənə qarşı cinayətləri qarşısında susması təcavüzkarları daha artıq cinayətlər törətməyə təşviq edibdir.

Yəmənli medialar dünən gecə səud koalisiyası qırıcılarının Səədə əyalətində yerləşən Qətabir bazarına qarşı hücumundan xəbər veriblər. Bu hücumda azı 14 nəfər ölüb, 23 nəfər də yaralanıbdır.