Suriya xalqının amerikan koalisiya tərəfindən qırğın edilməsi davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345373-suriya_xalqının_amerikan_koalisiya_tərəfindən_qırğın_edilməsi_davam_edir
Amerikanın komandanlığı altında olan İŞİD-ə qarşı üzdəniraq beynəlxalq koalisiyanın qırıcıları yeni bir cinayətdə Suriyanın şərqində yerləşən Diyrəzzur vilayətinin Əlruz kəndini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2019 12:01 Asia/Baku
  • Suriya xalqının amerikan koalisiya tərəfindən qırğın edilməsi davam edir
    Suriya xalqının amerikan koalisiya tərəfindən qırğın edilməsi davam edir

Amerikanın komandanlığı altında olan İŞİD-ə qarşı üzdəniraq beynəlxalq koalisiyanın qırıcıları yeni bir cinayətdə Suriyanın şərqində yerləşən Diyrəzzur vilayətinin Əlruz kəndini bombalayıblar.

Bu cinayətdə azı beş Suriya vətəndaşı öldürülüb.

Amerikan koalisiyanın qırıcıları son aylar dəfələrlə Diyrəzzur vilayətinin müxtəlif məntəqələrini bombardman ediblər.

Amerikan koalisiya bu hücumların bəzilərində qadağan olunmuş fosfor bombalarından istifadə edibdir.

Suriya hökuməti dəfələrlə BMT-nin baş katibinə və təhlükəsizlik şurasının sədrinə məktublar göndərərək, onlardan istəyibdir ki, amerikan koalisiyanın Suriyadakı cinayətlərinə son qoysunlar.

Amerikanın komandanlığı altında olan İŞİD-ə qarşı üzdəniraq beynəlxalq koalisiyanın İraqa və Suriyaya qarşı hücumlarını izləyən “Airwars” nəzarət qrupu son zamanlar bildiribdir ki, 2014-cü ildən bəri amerikan koalisiyanın Suriya və İraqdakı hava hücumlarında yeddi mindən çox mülki öldürülübdür.