Bəhreyndə ali-xəlifəyə qarşı aksiya keçirilib
Bəhreyn xalqı iki gənc şəhidə sədaqət adı altında bu ölkənin müxtəlif məntəqələrində geniş aksiyalar keçirib və ali-xəlifə rejiminə qarşı şüar veribdir.
Bəhreynli aksiyaçılar dünən bu ölkənin Bəni Cəmrə, Əlmalikiyyə, Əlhəmlə və digər məntəqələrində bu iki gənc şəhidin şəkillərini əllərində tutaraq, ali-xəlifə rejiminin devrilməsini istəyiblər.
Bu aksiya ötən iki ildən bəri bəhreyndə keçirilən ən böyük xalq aksiyası hesab olunur.
İki bəhreynli gənc- Əhməd Əlməlali və Əli Ələrəb işgəncə altında alınmış etiraflar və saxta ittihamlarla şənbə günü səhər tezdən edam edilibdir.
Bəhreyn 14 fevral 2011-ci ildən bəri ali-xəlifə rejiminə qarşı xalq etirazları səhnəsidir.
Bəhreyn rejimi ötən yeddi ildə puç ittihamlarla on bir mindən çox bəreyn vətəndaşını həbs, bir qrup bəhreynlini də edam edibdir. Bu rejim həmçinin bir çox bəhreynlinin vətəndaşlığını əlindən alıb və ya bu ölkədən çıxarıbdır.