Yəmən sərhədində 40 səud muzduru əsir alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345429-yəmən_sərhədində_40_səud_muzduru_əsir_alınıb
Yəmən silahlı qüvvələrinin sözçüsü ərəbistanın cənubundakı Əsir əyalətinin qərbində 40-dan çox səud muzdurunun əsir alınmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2019 07:58 Asia/Baku
  • Yəmən sərhədində 40 səud muzduru əsir alınıb
    Yəmən sərhədində 40 səud muzduru əsir alınıb

Yəmən silahlı qüvvələrinin sözçüsü ərəbistanın cənubundakı Əsir əyalətinin qərbində 40-dan çox səud muzdurunun əsir alınmasından xəbər verib.

Yəhya Əlsəri dünən gecə deyib: Yəmənin ordusu və xalq komitələri qüvvələri Əsir əyalətinin qərbində 40-dan çox səud muzdurunu əsir alıblar.

Yəmən silahlı qüvvələrinin sözçüsü əlavə edib: Onlarla səud muzduru da bu əməliyyatda ölüb və yaralanıbdır.

Yəmənin ordusu və xalq komitələri qüvvələri dünən həmçinin "Zəlzal-1" tipli bir ədəd ballistik raket ilə səud təcavüzkarların Yəmənin cənubunda yerləşən Əlzalə əyalətindəki mövqelərini hədəfə alıblar.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.