Suriyanın ordu qüvvələri “Təl-Əlmələh” və “Əlcəbin” kəndlərini ələ keçiriblər
-
Suriyanın ordu qüvvələri “Təl-Əlmələh” və “Əlcəbin” kəndlərini ələ keçiriblər
Suriyanın ordu qüvvələri terror qruplarının Həmah vilayətinin şimalındakı mövqelərinə qarşı ağır hava, raket və artilleriya hücumlarından sonra “Təl-Əlmələh” və “Əlcəbin” kəndlərini ələ keçiriblər.
Suriya ordusu Həmah-ın şimal-qərbində keçirdiyi geniş əməliyyatda “Təl-Əlmələh” və “Əlcəbin” kəndlərinin nəzarətini ələ alıbdır.: Bu əməliyyatda terror qruplarının bir neçə mövqeyini hədəfə aldıq. Onların hərbi təchizatlarını məhv etdik. Və onların və başçılarının bir qrupunu öldürdük.
İndi İdlib məntəqəsinin əcnəbilərin himayə etdikləri təkfirçi terrorçulardan təmizlənməsi istiqamətində Suriya ordusunun və müttəfiq qüvvələrin qələbələri qarşısında amerikalılar üstüörtülü şəkildə bu cəbhədəki məğlubiyyətlərini etiraf ediblər.: Əgər Amerikanın Dəməşqdəki sabiq səfiri deyirsə ki; “İdlibdə savaşa girməyəcəyik”, bu, o deməkdir ki, Ağ Ev Suriyanın qərbindəki terror qruplarını buraxıbdır və hazırda diqqəti, bu ölkənin şərqindəki neftlə münbit məntəqə üzərində təmərküzləşibdir.
Amerikan koalisiyanın qırıcıları terrorizmlə mübarizə bəhanəsilə Suriyanın şərqində, Diyrəzzur vilayətində yerləşən neft yataqlarının qonşuluğundakı bir kəndi bombalayıblar ki, nəticəsi, bir qrup Suriya vətəndaşının şəhid olması və yaralanması olubdur.
Amerikanın Suriya xalqına ürəyi yanmır. Bu gerçəklik müharibə illəri boyu daha da aşkar olubdur. Ağ Ev yalnız bu ölkənin sərvətlərini qarət etmək ardıncadır. Bu mətləb bu günlər media xəbərlərinin sərlövhəsi olubdur.