Suriyanın Həmah vilayətində daha üç məntəqə azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345589-suriyanın_həmah_vilayətində_daha_üç_məntəqə_azad_edilib
Suriya ordusu dünən bu ölkənin qərbində yerləşən Həmah vilayətinin şimal-qərbindəki Əlsirtil təpələri, həmçinin Həsraya və Əlxəlifat məntəqələrini terrorçuların işğalından çıxarmağa müvəffəq olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2019 04:41 Asia/Baku
  • Suriyanın Həmah vilayətində daha üç məntəqə azad edilib

Suriya ordusu dünən bu ölkənin qərbində yerləşən Həmah vilayətinin şimal-qərbindəki Əlsirtil təpələri, həmçinin Həsraya və Əlxəlifat məntəqələrini terrorçuların işğalından çıxarmağa müvəffəq olub.

Suriya ordusunun bu əməliyyatında Cibhətunnusrə terror qrupunun ünsürlərindən bir qrupu ölüb və ya yaralanıbdır.

Suriya ordusunun qüvvələri çərşənbə günü də Həmah vilayətində yerləşən Ələziziyyə və Əlri məntəqələrini terrorçuların işğalından azad etməyə müvəffəq olmuşdular.

Suriyanın qərbində yerləşən Həmah və şimalında yerləşən İdlib vilayətləri bu ölkədə terrorçuların sonuncu bazalarıdırlar.

Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məsləhətləri və Rusiyanın himayələri ilə İŞİD terror qrupunun bu ölkədəki işinə xitam verə bildi.

Digər terror qrupları da məğlub olmaqdadırlar.