Yüzlərlə fələstinli cümə namazını "Vadi Əlhums"da qılıb
Yüzlərlə fələstinli cümə namazını işğal olunmuş Qüdsün cənubunda yerləşən "Vadi Əlhums" qəsəbəsində qılıb.
Yüzlərlə fələstinli işğalçı sionist qüvvələrin hücumlarına rəğmən, dünən cümə namazı mərasimini "Suri Bahər" məntəqəsinin "Vadi Əlhums" qəsəbəsində keçirib.
İşğalçı rejim qüvvələri həmçinin işğal olunmuş Qüdsün cənubunda yerləşən "Vadi Əlhums" qəsəbəsinə basqın edərək, qayıdış yürüşü ilə həmrəylik və piket çadırlarını dağıdıblar.
Digər tərəfdən, sionist rejim hərbçiləri dünən səhərçağı işğal olunmuş Qüdsün şərqində yerləşən Əlisəviyyə qəsəbəsinə hücum ediblər. Onlar bir fələstinli gənci döyərək, həbs ediblər.
Həmçinin dünən Qəzzə zolağında böyük qayıdış haqqını müdafiə yürüşü keçirilib. Dünənki yürüş bir fələstinli gəncin işğal olunmuş məntəqələrdəki şəhadətsevər əməliyyatından bir gün sonra keçirilib və bir gün öncədən böyük vahimə içərisində olan işğalçı hərbçilər aksiyaçılarla mübarizə aparmaq üçün hərbi güllələrdən istifadə ediblər, amma müqavimət qrupları yürüşün keçirilməsinə təkid edirlər. Sionist hərbçilər iki müxbir daxil olmaqla 49 fələstinlini Qəzzə zolağının şərqində keçirilən dinc mahiyyətli qayıdış yürüşündə yaralayıblar.