İordaniya kralı Netanyahunun görüş xahişini rədd etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345649-İordaniya_kralı_netanyahunun_görüş_xahişini_rədd_etdi
Media mənbələri bildiriblər ki, İordaniya kralı ikinci Abdullah sionist rejimin baş naziri Benyamin Netanyahunun görüş xahişini rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2019 15:43 Asia/Baku
  • İordaniya kralı Netanyahunun görüş xahişini rədd etdi
    İordaniya kralı Netanyahunun görüş xahişini rədd etdi

Media mənbələri bildiriblər ki, İordaniya kralı ikinci Abdullah sionist rejimin baş naziri Benyamin Netanyahunun görüş xahişini rədd edib.

Əl-Quds əl-Ərəbi qəzetinin məlumatına görə, Benyamin Netanyahu Kral Abdullah ilə görüş və telefon söhbəti xahişini irəli sürüb, lakin İordaniya kralı bu gün həmin xahişi rədd edibdir.

İordaniyanın vəqflər naziri Əbdulnasir Əbubəsl də sionist turistlərin daxil olmalarına görə, cümə axşamı günü bu ölkənin cənubunda yerləşən "Vadi Musa" şəhərindəki "Harun Nəbi(ə)" məqbərəsinin bağlanması barədə göstəriş veribdir.

Əl-Quds əl-Ərəbi qəzetinin məlumatına görə, bu xəbərlər "əsrin sövdələşməsi" planı barədə bazarı qızışdırmaq üçün regiona səfər edən ABŞ prezidenti Donald Trampın yeznəsi Cared Kuşnerin çərşənbə günü İordaniyaya gedərək, iordaniyalıların soyuq qarşılamalarına rəğmən, İkinci Abdullah ilə görüşməsindən sonra yayılıbdır.