Hindistanın kəşmirlilərə qarşı hərəkətləri Pakistan məclisləri tərəfindən pislənilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i345999-hindistanın_kəşmirlilərə_qarşı_hərəkətləri_pakistan_məclisləri_tərəfindən_pislənilib
Pakistanın senat və milli məclislərinin üzvləri Hindistan hökumətinin kəşmirlilərə qarşı hərəkətlərini pisləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2019 07:25 Asia/Baku
  • Hindistanın kəşmirlilərə qarşı hərəkətləri Pakistan məclisləri tərəfindən pislənilib
    Hindistanın kəşmirlilərə qarşı hərəkətləri Pakistan məclisləri tərəfindən pislənilib

Pakistanın senat və milli məclislərinin üzvləri Hindistan hökumətinin kəşmirlilərə qarşı hərəkətlərini pisləyiblər.

Pakistanın senat və milli məclislərinin üzvləri bir iclasda kəşmirlilərə qarşı addımlar və məhdudiyyətlərə, həmçinin Hindistan Kəşmirindəki nəzarət xəttində atəşkəsin roluna reaksiyada bildiriblər ki, Yeni-Dehli Kəşmirdə insan haqlarını pozubdur.

Pakistanın senat və milli məclislərinin üzvləri vurğulayıblar ki, Kəşmir beynəlxalq səviyyədə tanınmış bir münaqişədir və Hindistanın kəşmirlilərə qarşı son hərəkətinin heç bir qanuni etibarı yoxdur və yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri vasitəsilə Kəşmir münaqişəsi həll edilməlidir.

Pakistan hökuməti dünən Hindistanın kəşmirlilərə qarşı son hərəkətlərinə reaksiyada Hindistanın İslamabaddakı səfiri Acay Bisarianı bu ölkədən qovaraq, Yeni-Dehli ilə ticarət əlaqələrini dayandırdı.

Hindistan parlamentinin üzvləri çərşənbə axşamı günü böyük səs əksəriyyəti ilə bu ölkənin nəzarəti altında olan Kəşmir məntəqəsi üçün muxtariyyətin ləğv edilməsi layihəsini qəbul etdilər.

Hindistan parlamenti həmçinin bu ölkənin əsas qanununun 370-ci maddəsini ləğv edərək, hinduların Kəşmir məntəqəsinə mühacirətləri, onun ərazisinin alqı-satqısı üçün zəmin yaratdı.

Hindistanın kəşmirlilərə qarşı bu addımları Kəşmir əhalisinin və dünyanın ümumi fikrinin reaksiyası ilə üzləşibdir.