Əfqanıstanın şərqində iki terror partlayışı baş verib
Avq 08, 2019 13:33 Asia/Baku
-
Əfqanıstanın şərqində iki terror partlayışı baş verib
Əfqanıstanın şərqindəki Xost vilayətinin polis idarəsinin sözçüsü bu vilayətdə iki terror partlayışının baş verməsindən xəbər verib.
Əfqanıstanın şərqində yerləşən Xost vilayətinin polis idarəsinin sözçüsü Heydər Adel bildirib ki, bu gün səhər bu vilayətin mərkəzi olan Xost şəhərində baş vermiş həmin partlayış nəticəsində ikisi əfqan polis məmuru olmaqla doqquz nəfər yaralanıb.
Hələ bir şəxs və ya qrup bu partlayışların məsuliyyətini qəbul etməyibdir.
Dünən də Kabilin altıncı təhlükəsizlik məntəqəsində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində 25 nəfərdən çox insan ölmüş, yüz qırx nəfərdən çox insan da yaralanmışdı.
Taliban qrupu bu partlayışın məsuliyyətini üzərinə götürübdür.