"Asiyanın zirvəsi" ixtilafda
-
"Asiyanın zirvəsi" ixtilafda
Hindistan parlamentində Camu və Kəşmir əyalətinin muxtariyyətinin ləğv olunmasından iki gün sonra iki ölkə hərbçilərinin Kəşmir sərhəd xəttindəki kəskin döyüşləri özünün kulminasiya nöqtəsinə çatıbdır.
Bu, Hindistanın nəzarəti altında olan Camu və Kəşmir əyalətinin mərkəzi Srinaqarın küçələrindən ən yeni təsvirlərdir. Mağazalar bağlı, küçə və prospektlər kimsəsiz və hərbi vəziyyət hökm sürür.
Müsahibə: Biz turistik və burada qonağıq. Bizə dedilər ki, tez bir zamanda buranı tərk etməlisiz, çünki bütün yolları bağlayıblar. Beş saatdır, avtobus gözləyirik ki, buradan gedək, amma maşından bir xəbər yoxdur.
Bu əyalətdəki əlaqə yolları bağlanıbdır və telefon əlaqəsinin qurulması imkanı da yoxdur.
Müsahibə: Biz fəhləyik. İşləməli və ailənin xərcini təmin etməliyik, amma iki gün bundan öncə bizə dedilər ki, buranı tərk etməliyik. Səhərdən buradayıq. Nə su var, nə də yemək.
Hind hərbçilərin ümumi keçidlərdə iştirakı olduqca artıbdır və iki nəfərdən çox toplantının qarşısı alınır. Deyilənlərə görə, ötən üç gündə bu məntəqədə baş vermiş iki toqquşmada iki mülki ölüb, bir qrup insan da yaralanıbdır.
Bu olaylar Hindistan parlamentində Camu və Kəşmir əyalətinin muxtariyyətinin ləğv olunması layihəsinin qəbul olunmasından iki gün sonra baş veribdir. Bu qərar Pakistanın etirazını doğurubdur.
Pakistanın baş naziri də bildiribdir ki, Kəşmir məntəqəsi məsələsini beynəlxalq orqanlarda izləyəcəkdir.
Bəzi mənbələr dünən axşam və gecə Kəşmir sərhəd xəttində iki ölkə hərbçiləri arasında şiddətli döyüşlərin getməsindən xəbər veriblər.
Plato: Kəşmir "Asiyanın zirvəsi" adı ilə tanınır və yetmiş ilə yaxındır ki, Hindistan və Pakistan bu məntəqəyə nəzarət üstündə fikir ayrılığına malikdirlər.