Cibhətunnusrə terrorçuları Suriyanın ordu qüvvələri tərəfindən mühasirə olunublar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i346043-cibhətunnusrə_terrorçuları_suriyanın_ordu_qüvvələri_tərəfindən_mühasirə_olunublar
Suriyanın ordu qüvvələri bu ölkənin İdlib vilayətinin cənub ətrafında Cibhətunnusrə terror qrupunun üzvlərini mühasirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2019 06:36 Asia/Baku
  • Cibhətunnusrə terrorçuları Suriyanın ordu qüvvələri tərəfindən mühasirə olunublar

Suriyanın ordu qüvvələri bu ölkənin İdlib vilayətinin cənub ətrafında Cibhətunnusrə terror qrupunun üzvlərini mühasirə ediblər.

Suriyanın ordu qüvvələri dünən Həmah vilayətinin şimal ətrafında öz irəliləyişlərini davam etdirərək, bu ölkənin şimal-qərbində yerləşən İdlib vilayətinin cənub sərhədlərinə daxil olublar.

Suriya ordusunun bölmələri bu əməliyyatda Cibhətunnusrə terror qrupunun bazası olan Əlhubəyt şhərinin cənubunda yerləşən Əlcisat qəsəbəsini öz nəzarətləri altına alıblar. Bu qəsəbə İdlibin cənub ətrafında yerləşir.

Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məshələtləri və Rusiyanın himayəsilə İŞİD terror qrupunun bu ölkədəki işinə son qoya bildi.

Digər terror qrupları da məğlub olmaqdadırlar.