Avq 09, 2019 21:31 Asia/Baku
  • BƏƏ və səud muzdurlarının toqquşmaları davam edir

Ədəndə əmirliklərin tabeliyində olan cənub keçid şurası qüvvələri ilə ərəbistanın himayəsi altında olan Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadinin qüvvələri arasındakı döyüşlər bərpa edilibdir.

Ədən şəhərinin Kritər məhəlləsində yerləşən əl-Məaşiq sarayının cənub keçid şurası qüvvələri tərəfindən intensiv şəkildə atəşə tutulması əmirliklərin tabeliyində olan "təhlükəsizlik qurşağı" adlı yardım qüvvələrinin gəlib çatmasından sonra şiddətlənibdir.

Eyni zamanda, Yəmənin istefa vermiş prezidentinin tabeliyində olan hərbçilər "Xur Məksər" məhəlləsində yerləşən Tariq qarnizonu və baş nazirlik binasının ətrafındakı iştiraklarını artırıblar.

Cənub keçid şurası qüvvələri ilə Mənsur Hadi qüvvələri arasındakı döyüşlər avqustun birindən şiddətlənibdir.

Xəbərlərə görə, Mənsur Hadi hökumətinin baş naziri və onun nazirləri Ədəndə yerləşən əl-Məaşiq sarayından qaçaraq, bu şəhərdə yerləşən səud qarnizonlarından birinə sığınıblar.

Əmirliklər və səudiyyə ərəbistanının hər biri 2015-ci ilin martında Yəmənə hücumdan sonra bu ölkənin müəyyən hissələrinə nəzarət və yəmənli qüvvələrə qarşı əməliyyat üçün yerli muzdurlardan istifadə edirlər.

Teqlər