Həmas sionistlərin Qurban bayramında Məsciduləqsa-ya təcavüzü haqda xəbərdarlıq edib
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas sionist qəsəbə sakinlərinin səadətli Qurban bayramı günündə Məsciduləqsa-ya təcavüzü haqda xəbərdarlıq edib.
İşğal olunmuş Fələstindəki ekstremist yəhudi təşkilatları və qruplaşmaları bundan öncə bir çağırışda "saxta məbədin dağıdılması" adlandırılan məsələnin ildönümü günündə Məsciduləqsa-ya qarşı geniş təcavüz edilməsini istəmişdilər.
Həmas-ın beynəlxalq əlaqələr ofisinin üzvü Basim Nəim bir bəyanatda sionist qəsəbə sakinlərinin sionist rejimin polis qüvvələrinin himayəsi altında səadətli Qurban bayramı günündə Məsciduləqsa-ya qarşı geniş hücum üzrə qərarını müsəlmanların müqəddəslərinə qarşı birbaşa təcavüz adlandırıb və bildirib ki, bu kimi addımlar Qüdsdə və işğal olunmuş ərazilərin hər yerində vəziyyət partlayışına səbəb olacaq.
Həmas üzvü dünya ictimaiyyətinin sionistlərin Məsciduləqsa xüsusiyyət təşkil etməklə Qüdsün islami müqəddəslərinə qarşı cinayətləri və təcavüzlərinin dayandırılması üçün təcili hərəkətə keçməsini istəyibdir.