Sionist xəfiyyə dairələrinin uğursuzluğu
-
Sionist xəfiyyə dairələrinin uğursuzluğu
Sionist rejimin ordusu və daxili xəfiyyə xidmətləri- ŞABAK bir sionist hərbçinin ölümü ilə nəticələnən "Quş Etsion" qəsəbəsinin müqavimət əməliyyatının icraçısından ipucu tapmaqda nakam qalıblar.
Bir sionist hərbçi çərşənbə günü axşamçağı İordan çayının qərb sahilində yerləşən "Quş Etsion" qəsəbəsində öldürülübdür.
Sionist "Məariyo" qəzetinin məlumatına görə, sionist rejimin xəfiyyə xidmətləri qərb sahilində fələstinlilərin müqavimət əməliyyatının təkrar olunmasından nigarançılıq edərək, son əməliyyatın icrası məkanı barədə mövcud informasiyanın analiz edilməsi üzərində təmərküzləşiblər.
Sionist rejim ordusu "Quş Etsion" anti-sionist əməliyyatından sonra bu əməliyyatın icraçısı ilə bağlı ipucunun tapılması istiqamətində geniş təhlükəsizlik tədbirləri icra edərək, Fələstin məntəqələrində patrul keçməkdə davam edir.
Bundan öncə sionist rejimin baş naziri Benyamin Netanyahunun fələstinlilərin müqavimət əməliyyatlarına görə, qorxuya düşməsi və başını itirməsinin ardınca sionist rejim ordusu "Qolani briqadası" hərbçilərini Qəzzə zolağı sərhədi boyunca və sionistsakinli qəsəbələrdə yerləşdiribdir.