Təcavüzkarlar Əlhudəydəyə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i346229-təcavüzkarlar_Əlhudəydəyə_hücum_ediblər
Təcavüzkar səud koalisiyası dünən gecə bir daha atəşkəsi pozub. Bu koalisiya Yəmənin Əlhudəydə əyalətinin Əddurəyhimi rayonunu artilleriya hücumu hədəfinə alıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2019 04:14 Asia/Baku
  • Təcavüzkarlar Əlhudəydəyə hücum ediblər
    Təcavüzkarlar Əlhudəydəyə hücum ediblər

Təcavüzkar səud koalisiyası dünən gecə bir daha atəşkəsi pozub. Bu koalisiya Yəmənin Əlhudəydə əyalətinin Əddurəyhimi rayonunu artilleriya hücumu hədəfinə alıbdır.

Yəmənin əl-Məsirə telekanalı bildirib ki, səud təcavüzkarları və onların muzdurları Əddurəyhimi rayonuna tərəf otuzdan çox mərmi atıblar.

Bu hücumun törətdiyi tələfat və xəsarətlər barədə hələ bir məlumat yayılmayıbdır.

Cümə günü də təcavüzkar səud koalisiyasının qırıcıları Əlhudəydə əyalətində yerləşən Əlhali məntəqəsini bombalamışdılar. Nəticədə üç qadın və bir uşaq ölmüş, dörd nəfər də yaralanmışdı.

Sənadan göndərilmiş heyətlə Ərriyad heyəti arasında İsveçdə əldə olunmuş atəşkəs 2018-ci ilin 18 dekabrından Yəmənin Əlhudəydə əyalətində icra olunmağa başlanıb, amma səud koalisiyası hər gün onu pozur.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə əsas yoldur.