Qəzzə əhalisi fələstinli əsirlərin azad edilmələrini tələb edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i346231-qəzzə_əhalisi_fələstinli_əsirlərin_azad_edilmələrini_tələb_edib
Yüzlərlə fələstinli Qəzzə zolağında Beynəlxalq Qızıl Xaç Komitənin ofisi qarşısına toplaşıb. Onlar fələstinli əsirlərin azad edilmələrini tələb ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2019 04:36 Asia/Baku
  • Qəzzə əhalisi fələstinli əsirlərin azad edilmələrini tələb edib
    Qəzzə əhalisi fələstinli əsirlərin azad edilmələrini tələb edib

Yüzlərlə fələstinli Qəzzə zolağında Beynəlxalq Qızıl Xaç Komitənin ofisi qarşısına toplaşıb. Onlar fələstinli əsirlərin azad edilmələrini tələb ediblər.

Fələstinlilər bu aksiyada sionist rejimin əsirliyində olan fələstinli əsirlərlə öz həmrəyliklərini və onlara öz dəstəklərini elan ediblər.

Fələsinlilərin Qurban bayramı ərəfəsindəki aksiyaları Fələstin milli və islami qrupların tabeliyində olan əsirlər komitəsinin çağırışı ilə keçirilibdir.

Hazırda sionist rejim məhbəslərində altı minə yaxın fələstinli əsir var. Onların 62-si qadın, 300 nəfəri isə həddi-büluğa çatmamış uşaqlardır.

Sionist rejim məhbəslərindəki fələstinli əsirlər daim fiziki və mənəvi işgəncələrə, həmçinin insanlığa sığmayan rəftarlara məruz qalırlar.