Qüdsdə üç fələstinli şəhid olub və yaralanıb
Avq 16, 2019 09:24 Asia/Baku
-
Qüdsdə üç fələstinli şəhid olub və yaralanıb
Sionist rejim polisi bir polis qüvvəsinə soyuq silahla hücum bəhanəsilə bir fələstinlini şəhid edib və iki nəfəri də yaralayıbdır ki, onlardan biri də şəhid olubdur.
İlkin məlumata görə, sionist rejim polisi "Babe Selsele"nin çöl hissəsində iki fələstinli gənci atəşə tutub. Müşahidəçilər sionist rejim başçılarının iddialarını təkzib edərək, bildiriblər ki, soyuq silahla heç bir hücum baş verməmişdi.
Müşahidəçilərin sözlərinə görə, bir sionist qəsəbə sakini Məsciduləqsaya daxil olmaq istəyirmiş, lakin gözətçi onun daxil olmasının qarşısını almaq istəyərkən polis qüvvələri Məsciduləqsa gözətsininin ayağına atəş açıblar.
Fələstinin cihad qrupları iki yeniyetmə fələstinlinin şəhadətinə ümumi reaksiyanın göstərilməsini istəyiblər.