Terroristlər Hələbə mərmi atıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i346612-terroristlər_hələbə_mərmi_atıblar
Terroristlər bu gün səhər tezdən onlarla mərmi və raketlə Suriyanın Hələb şəhərinin qərbində yerləşən əl-Zəhra bölgəsini hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2019 03:20 Asia/Baku
  • Terroristlər Hələbə mərmi atıblar

Terroristlər bu gün səhər tezdən onlarla mərmi və raketlə Suriyanın Hələb şəhərinin qərbində yerləşən əl-Zəhra bölgəsini hədəfə alıblar.

Bu hücumdan sonra Hələb şəhərinin əl-Zəhra bölgəsində bir neçə güclü partlayış səsi eşidilib.

Hələ bu hücumun ehtimal olunan xəsarəti və tələfatı haqda bir məlumat yayılmayıbdır.

Son aylar terror qrupları ardıcıl surətdə Suriya ordusuna məğlub olduqdan sonra bu ölkə şəhərlərinə qarşı mərmi və raket hücumlarına daha çox üz tutublar.

Bu hücumlarda çoxlu sayda suriyalı vətəndaş, xüsusən qadın və uşaq ölüb və yaralanıbdır.

Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məsləhətləri və Rusiyanın himayələri ilə İŞİD terror qrupunun bu ölkədəki işinə xitam verə bildi.

Digər terror qrupları da məğlub olmaqdadırlar.