Kabildə bir toyda partlayış; 65 ölü və yaralı
-
Kabildə bir toyda partlayış; 65 ölü və yaralı
Əfqanıstanın paytaxtında bir toy mərasimində partlayış nəticəsində 65 nəfər ölüb və yaralanıbdır.
Kabil polisi bildirib ki, bu partlayışda azı 20 nəfər ölüb, 45 nəfər də yaralanıbdır.
Əfqanıstan daxili işlər nazirliyinin sözüçü Nosrət Rəhimi də twitter-də yazıb ki, bu terror hücumunun yaralıları xəstəxanaya köçürülüblər.
Kabil polisinin bildirdiyinə görə, bu terror hücumu yerli vaxtla dünən gecə saat 22-30 dəqiqədə Kabilin altıncı dairəsində baş verib.
Polis və yardım qüvvələri hadisə yerinə gəliblər.
Müşahidəçilər bildiirblər ki, bir kamikadze özünü şadlıq sarayının içərisində partladıb.
Hələ bir şəxs və ya qrup bu terror hücumunun məsuliyyətini üzərinə götürməyibdir.
Əfqanıstanın müxtəlif məntəqələri, o cümlədən paytaxt Kabil son aylar terror hücumları və partlayışlarının artmasının şahidi olublar.
Əfqanıstanda əmin-amansızlıqların artması bu ölkə xalqının etirazına səbəb olubdur.
İŞİD terror qrupu, həmçinin Taliban qrupu indiyədək Əfqanıstanın müxtəlif məntəqələrində törədilmiş terror hücum və partlayışlarının məsuliyyətini üzərlərinə götürblər.
Əfqanıstanda terror qruplarının fəatliyyətlərinin və əmin-amansızlıqların artması elə bir haldadır ki, Amerika və müttəfiqləri Əfqanıstanda terrorizmlə mübarizə və təhlükəsizliyi təmin etmək bəhanəsilə 2001-ci ildən bu ölkədə iştirak edirlər.
Kabil rəsmilərinin bildirdiklərinə görə, amerikalıların Əfqanıstanda iştirakı yalnız bu ölkədə əmin-amansızlıq, terrorizm, həmçinin narkotik maddələr istehsalının artmasına bais olubdur.