Sionist rejim Qəzzə zolağına raket və artilleriya hücumları edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i346706-sionist_rejim_qəzzə_zolağına_raket_və_artilleriya_hücumları_edib
Sionist rejimin vertolyotları və artilleriyası bu gün səhər tezdən Qəzzə zolağının şimalında yerləşən Beyt-Lahiya və Beyt-Hanun bölgələrini hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2019 03:52 Asia/Baku
  • Sionist rejim Qəzzə zolağına raket və artilleriya hücumları edib
    Sionist rejim Qəzzə zolağına raket və artilleriya hücumları edib

Sionist rejimin vertolyotları və artilleriyası bu gün səhər tezdən Qəzzə zolağının şimalında yerləşən Beyt-Lahiya və Beyt-Hanun bölgələrini hədəfə alıblar.

Fələstinli mənbələr bildiriblər ki, sionist rejim Fələstin müqavimət qüvvələrinin Beyt-Lahiya və Beyt-Hanun bölgələrindəki mövqelərini hədəfə alıbdır.

Bu məlumata görə, Qəzzə zolağının şimalında bir neçə güclü partlayış səsi eşidilib.

Sionist rejim ordusu iddia edib ki, bu hücum Qəzzə zolağından işğal olunmuş Fələstinin cənubuna tərəf üç ədəd raketin atılmasına cavab olaraq həyata keçirilibdir.

Şənbə günü səhərçağı da sionist rejim qırıcıları Qəzzə zolağının şimalını bombalayıblar.

Sionist rejimin qırıcıları, vertolyotları, pilotsuzları və artilleriyası son aylar dəfələrlə Qəzzə zolağının müxtəlif bölgələrini hədəfə alıblar.

Sionist rejim 2017-ci ilin dekabrından bəri Qəzzə zolağına qarşı yeni aviasiya hücumlarına başlayıbdır.