Suriya ordusu Xan Şəyxun şəhərinə daxil olub
-
Suriya ordusu Xan Şəyxun şəhərinə daxil olub
Suriya ordusu İdlib vilayətinin cənubundakı irəliləyişini davam etdirib və dünən gecə Xan Şəyxun şəhərini mühasirə etdikdən, terrorçuları geri oturtduqdan və beş ildən sonra bu şəhərə daxil ola bilibdir.
Suriya ordusu terrorçuların Xan Şəyxuna yardım xəttini kəsibdir.
Suriyanın ordu qüvvələri bundan öncə İdlib vilayətinin cənub mehvərində Media qəsəbəsinə tərəf hərəkət edərək, Xan Şəyxun ətrafındakı təpələri və əkin sahələrini azad edə bildilər. Onlar beləliklə bu son dərəcə mühüm bölgədə terrorçuları mühasirəyə aldılar.
Xan Şəyxun İdlibin şimal, qərb və şərq mehvərlərinin əlaqə halqasıdır və onun azad edilməsi Suriyanın iqtisadi mərkəzi olan Hələb yolunun yenidən açılmasının ilk addımı sayılır.
Xan Şəyxunun hərbi önəmi də bundadır ki, ona nəzarət Suriya ordusuna asanlıqla şimala, yəni "Maarat Nuuman"a tərəf hərəkət imkanı verir. Bu bölgə Suriyanın şimal, cənub, şərq və qərbə doğru beynəlxalq yollarının əlaqə halqasıdır.