Yəmənlilər bir amerikan PUA-nı vurublar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i346918-yəmənlilər_bir_amerikan_pua_nı_vurublar
Yəmənin ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri bu gün səhər tezdən bu ölkənin Damar əyalətində səud koalisiyasına aid olan amerikan MQ-9 tipli modern bir pilotsuzu vurublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 21, 2019 04:26 Asia/Baku
  • Yəmənlilər bir amerikan PUA-nı vurublar
    Yəmənlilər bir amerikan PUA-nı vurublar

Yəmənin ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri bu gün səhər tezdən bu ölkənin Damar əyalətində səud koalisiyasına aid olan amerikan MQ-9 tipli modern bir pilotsuzu vurublar.

Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, bu ölkənin ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri həmin amerikan PUA-nı bir ədəd yerli raketlə vurublar.

Yəhya Əlsərinin bildirdiyinə görə, tezliklə bir mətbuat konfransında bu raketin təqdimatı olacaq.

Yəhya Əlsəri həmçinin vurğulayıb ki, Yəmənə təcavüz edən qüvvələr bu ölkənin hava məkanını pozmaq üzrə hesablamalarını yenidən nəzərdən keçirməlidirlər.

Yəmənin hava hücumundan müdafiə qüvvələri ötən ay da bu ölkənin paytaxtı Səna şəhərinin cənubunda “MQ-1 Predator” tipli bir ədəd pilotsuz uçan aparatını vurmuşdular.