Bölgədəki münaqişələrin əsas amili, sionist rejimin işğalçılıqlarıdır
-
Bölgədəki münaqişələrin əsas amili, sionist rejimin işğalçılıqlarıdır
Suriyanın BMT-dəki daimi nümayəndəsi sionist rejimin Suriyanın Qolan yüksəklikləri daxil olmaqla ərəb ərazilərindəki işğalçılığını Qərbi Asiyadakı konfliktlərinn əsas amili adlandırıbdır.
Bəşşar Əlcəfəri dünən gecə BMT Təhlükəsizlik Şurasının "Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Problemlərinin Araşdırılması" iclasında deyib: Yaxın Şərq bölgəsi müstəmləkəçi ölkələrin etikadan uzaq siyasətlərinə görə, bir çox faciələr və dəhşətli hadisələrin şahididir.
Suriyanın BMT-dəki daimi nümayəndəsi bu iclasda sionist rejimin işğalçılıqlarına son qoyulmasının qarşısını almaq məqsədilə planlaşdırılmış bölgədə böhran yaratmanı pisləyib.
Əlcəfəri həmçinin Türkiyə və Amerika qüvvələrinin Suriya ərazisindən çıxmalarını istəyib.
Dəməşq indiyədək dəfələrlə Türkiyə və ABŞ-ın Suriya ərazisindəki hərbi iştiraklarını işğalçılıq hərəkəti adlandırıb və onu pisləyibdir.