Həmah-ın şimalı və İdlibin cənubu terrorçulardan təmizlənib
Avq 24, 2019 04:10 Asia/Baku
-
Həmah-ın şimalı və İdlibin cənubu terrorçulardan təmizlənib
Suriya ordusu Həmah vilayətinin şimalı və İdlib vilayətinin cənubunun terrorçulardan təmizlənməsindən xəbər verib. Qeyd edib ki, terrorçular bu məntəqələrdə böyük tələfat və xəsarətlərə düçar olublar.
Suriya ordusu həmçinin bildirib ki, həmin məntəqələri bomba və minadan təmizləmə əməliyyatına başlayıbdır.
Suriya ordusu sonra vurğulayıb ki, bu ölkə hərbçiləri böyük iradə və tam özünəinamla terrorçuların tam məvhinədək onlarla mübarizəni davam etdirəcəklər.
Qərbdə yerləşən Həmah və şimalda yerləşən İdlib vilayətləri terrorçuların Suriyadakı sonuncu bazalarıdırlar.