ABŞ-ın müvəqqəti işlər vəkili İraq XİN-ə çağırtdırılıb
-
ABŞ-ın müvəqqəti işlər vəkili İraq XİN-ə çağırtdırılıb
İraqın xarici işlər nazirliyi ABŞ-ın bu ölkədəki müvəqqəti işlər vəkili Brayan Makfitersi İraqın suverenliyi və istiqlaliyyətini xatırlatmaq üçün çağırtdırıb.
İraqın xarici işlər naziri Muhəmməd Əli Əlhəkim bu çağrışda vurğulayıb ki, Bağdad öz daxili işlərinə hər cür xarici müdaxilənin qarşısını alacaq.
Muhəmməd Əli Əlhəkim həmçinin Amerikadan istəyibdir ki, İraqla strateji iştirak razılaşmasının maddələrinə sadiq qalsın.
Muhəmməd Əli Əlhəkim sonra deyib: Bağdad diplomatik və qanuni seçimləri öz prioritetlərinin önündə qərar verir ki, İraqın daxili işlərinə heç bir xarici müdaxilə baş verməsin.
İraqın xalq səfərbər təşkilatı- Həşduşşəbi-nin tabeliyində olan hərbi qərargahlar son bir ay ərzində dörd dəfə hücuma və yanğına məruz qalıblar.
Bu hücumların ardınca Əlhəşduşşəbi-nin sədr müavini Əbu Mehdi Əlmuhəndis bir bəyanatda bildirib ki, bu hadisələrin arxasında ABŞ və sionist rejimin əlləri var və bu kimi hücumların təkrar olacağı təqdirdə onlarla mübarizə aparılacaqdır.