İraqlılar Əlhəşduşşəbinin qərargahlarının hədəfə alınmasına qarşı aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347129-İraqlılar_Əlhəşduşşəbinin_qərargahlarının_hədəfə_alınmasına_qarşı_aksiya_keçiriblər
İraqın Ələnbar vilayətində yerləşən Ərrəmadi şəhərinin sakinlərindən onlarla nəfər aksiya keçirərək, İraq xalq səfərbər qüvvələr təşkilatı- Əlhəşduşşəbi-yə qarşı hava hücumlarını pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2019 06:44 Asia/Baku
  • İraqlılar Əlhəşduşşəbinin qərargahlarının hədəfə alınmasına qarşı aksiya keçiriblər
    İraqlılar Əlhəşduşşəbinin qərargahlarının hədəfə alınmasına qarşı aksiya keçiriblər

İraqın Ələnbar vilayətində yerləşən Ərrəmadi şəhərinin sakinlərindən onlarla nəfər aksiya keçirərək, İraq xalq səfərbər qüvvələr təşkilatı- Əlhəşduşşəbi-yə qarşı hava hücumlarını pisləyib.

Əllərində Əlhəşduşşəbi-nin himayəsi istiqamətində şüarlar yazılmış plakatlar tutmuş aksiya iştirakçıları İraqın xalq səfərbər qüvvələri qərargahının Amerika və sionist rejim tərəfindən hədəfə alınmasına etiraz ediblər.

Ələnbar vilayətində köçəri tayfaların anti-terrorizm şurasının sədri Şeyx Rafə Əbdulkərim Əlfəhdavi köçəri tayfaların amerikalı hərbçilərin himayəsi ilə düşmən təyyarələrinin Əlhəşduşşəbinin tabeliyində olan qərargahlara qarşı vəhşicəsinə hücumları ilə qətiyyətli müxalifətinə işarə edərək, deyib: Bu aşkar təcavüzlərin davam edəcəyi təqdirdə, köçəri tayfalar Əlhəşduşşəbi qüvvələrinin və hökumətin kənarında olaraq, bu təcavüzlərlə mübarizə aparacaqlar.