Netanyahu bildirib ki, sionist rejim qəsəbəsalmanı davam etdirəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347131-netanyahu_bildirib_ki_sionist_rejim_qəsəbəsalmanı_davam_etdirəcək
Sionist rejimin baş naziri bu rejimin işğal olunmuş Fələstin ərazilərindəki qəsəbəsalmalarının davam etdiriləcəyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2019 07:18 Asia/Baku
  • Netanyahu bildirib ki, sionist rejim qəsəbəsalmanı davam etdirəcək
    Netanyahu bildirib ki, sionist rejim qəsəbəsalmanı davam etdirəcək

Sionist rejimin baş naziri bu rejimin işğal olunmuş Fələstin ərazilərindəki qəsəbəsalmalarının davam etdiriləcəyini vurğulayıb.

Benyamin Netanyahu deyib ki, sionist rejim öz köklərini daha da dərinləşdirmək üçün fələstinlilərin ərazilərində qəsəbəsalmanı davam etdirəcək.

Sionist rejim dünya ictimaiyyətinin tələbinə məhəl qoymadan sionist qəsəbələrin tikintisini davam etdirir və bu sahədə Amerikadan dəstək alır.

Bütün bu qəsəbələr beynəlxalq qanunlara əsasən, qanunsuzdrurlar.

BMT-nin Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də 2334 saylı qətnamədə sionist rejimdən istədi ki, dərhal və tam şəkildə işğal olunmuş Fələstin ərazilərindəki qəsəbəsalma fəaliyyətlərini dayandırsın.