Sionist rejimin Suriyaya yeni hücumu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i347205-sionist_rejimin_suriyaya_yeni_hücumu
Suriya mediaları bu gün səhər tezdən sionist rejimin bu ölkənin paytaxtı Dəməşqə qarşı raket hücumundan xəbər veriblər. Suriyanın rəsmi xəbər agentliyi SANA bildirib ki, bu ölkə ordusunun hava hücumundan müdafiə qüvvələri sionist rejimin raket hücumu ilə mübarizə aparıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2019 10:41 Asia/Baku
  • Sionist rejimin Suriyaya yeni hücumu
    Sionist rejimin Suriyaya yeni hücumu

Suriya mediaları bu gün səhər tezdən sionist rejimin bu ölkənin paytaxtı Dəməşqə qarşı raket hücumundan xəbər veriblər. Suriyanın rəsmi xəbər agentliyi SANA bildirib ki, bu ölkə ordusunun hava hücumundan müdafiə qüvvələri sionist rejimin raket hücumu ilə mübarizə aparıbdır.

Dünən gecə yarısı sionist düşmənin qırıcıları işğal olunmuş Qolanın səmasından səkkiz ədəd raket ataraq, Dəməşqin cənub ətrafındakı məntəqəyə hücum ediblər.

Kişi: Hər dəfə döyüş cəbhələri müqavimətin qələbələrinin şahididir. Sionist rejim terrorçuların köməyinə gedir.

Bu dəfə də sionist düşmənin başçıları iddia ediblər ki, Dəməşqin cənub-şərqində müqavimətin mərkəzlərindən birini hədəfə alıblar. Amma Suriya ordusu bildiribdir ki, düşmənin bütün raketləri hədəfə dəyməzdən öncə məhv ediliblər.

Kişi: Sionist rejimin hücumları əsla xalqın iradəsini zəiflətmir. Biz öz hökumətimizi himayə etməyi davam etdirir və terrorçuların kökünün tam şəkildə kəsilməsinədək müharibənin davam etdirilməsini istəyirik.

Suriya mətbuatı da özünün bugünkü sayında verdiyi birinci başlıqda vurğulayıbdır ki, bu ölkənin ordusu Qərbin sanksiyalarına və sionistlərin təcavüzlərinə məhəl qoymadan İdlibdə terrorçulara qarşı müharibə prosesini davam etdirəcək.