Yəmənlilər Cizan hava limanını raket atəşinə tutublar
Avq 26, 2019 04:49 Asia/Baku
Yəmənin ordusu və xalq komitələri qüvvələri dünən gecə səud koalisiyasının Yəməndəki təcavüzləri və cinayətlərinə cavabda ərəbistanın cənubunda yerləşən Cizan hava limanını raket atəşinə tutublar.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsəri bildirib ki, bu ölkənin raket bölməsi on ədəd "Bədr1" tipli yerli ballistik raketlə Cizan hava limanında Apaçi vertolyotlarının və qırıcıların saxlanıldıqları məkanları hədəfə alıbdır.
Bu raket hücumunda onlarla səud hərbçisi ölüb və ya yaralanıbdır.
Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi də dünən gecə ərəbistanın cənubundakı Əsir əyalətində yerləşən "Məlik Xalid" hava bazasını raket atəşinə tutubdur.