Sen 11, 2019 13:45 Asia/Baku
  • Əbdulməlik Əlhusi: Yəmən təzyiqlər qarşısında İranı himayə edəcək
    Əbdulməlik Əlhusi: Yəmən təzyiqlər qarşısında İranı himayə edəcək

Yəmən Ənsarullah hərəkatının baş katibi Aşura günü münasibətilə etdiyi çıxışında Yəmənə təcavüz edənlər üzərində qələbəyədək müqavimətə təkid edib. Bildirib ki, Yəmən təzyiqlər qarşısında İran İslam Respublikasını himayə edəcək.

Yəmən Ənsarullah hərəkatının baş katibi Seyyid Əbdulməlik Bədrəddin Əlhusi dünən axşam Səna əhalisindən on minlərlə nəfərin qarşısında deyib: İndiyədək on minlərlə nəfərin ölümü və yaralanması, milyonlarla nəfərin də didərgin düşməsi ilə nəticələnən Yəmən savaşı bu ölkə xalqının məzlumluğunu göstərir və Yəmənin səhnəsi bu gün müasir Kərbəladır.

Bədrəddin Əlhusi bildirib ki, yəmənlilər İslami İran, Livan, Suriya və Bəhreyn xalqları ilə həmrəylik elan edirlər. O, əlavə edib: Yəmənin müqavimətli xalqı öz istiqlaliyyətindən də əl çəkməyəcək. Yəmənin mövqeyi, sionist rejmlə düşmənçilik, Fələstin xalqının kənarında durmaq, Amerika və onun istismarçılıq siyasətləri ilə mübarizədir.

Yəmən Ənsarullahının rəhbəri bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətləri adiləşdirməyə çalışmalarını pisləyib. O, bu addıımı böyük bir xəyanət adlandırıb. Vurğulayb ki, Yəmən Ənsarullah-ı ərəb ölkələri ilə münasibətlərini “islami qardaşlıq” əsasında qurur.

Əbdulməlik Bədrəddin Əlhusi Kərbəla döyüşünü haqq ilə nahaqq, ədalət ilə zülm və azadəlik ilə köləlik arasında savaş adlandırıb. O, deyib: Dünənki məsələ elə bugünkü məsələdir. Problem qalmaqda davam edir və qarşıda duran seçimlər də elə həminkilərdirlər və təbii olaraq, elə həmin təsir və nəticələri də olacaq.

 

Teqlər