S.H. Nəsrullah: İrana qarşı hər bir savaş sionist rejimin sonu demək olacaqdır
Livan Hizbullahının baş katibi xalqın Aşura günü əzadarlığındakı geniş iştirakını İmam Hüseyn(ə)-ın Kərbəladakı tarixi çağırışına bir cavab adlandırıb. Bildirib ki, İrana qarşı hər bir müharibə sionist rejimin sonu demək olacaqdır.
Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah dünən Aşura günündəki çıxışında bildirib ki, müqavimət Fələstin və Yəmən xalqlarının kənarında dayanıbdır.
O, əlavə edib: Yəmənin cənubunda cərəyan edən hadisə göstərdi ki, ərəbistan və əmirliklər yalnız Yəmənin təbii ehtiyatları və sərvətinə göz dikiblər, amma bu savaş onlara tarixi və əbədi biabırçılıq və məğlubiyyətdən savayı bir şey gətirməyəcəkdir.
Amerikanın İrana və Suriyaya qarşı sanksiyalarını zalımcasına adlandıran Livan Hizbullahının baş katibi deyib: Amerika hökuməti sionist rejimin Fələstin və Livandakı savaşlarının məğlub olmasından, həmçinin özünün təkfirçi qruplar vasitəsilə Livan, Suriya və İraqda başlatdığı savaşlardakı məğlubiyyətlərindən sonra hazırda maliyyə təzyiqləri göstərir.
Seyyid Həsən Nəsrullah Hizbullahın 1701 saylı qətnaməyə sadiq qalmasına təkid və belə əlavə edib: Müqavimət və Livanın özlərini müdafiə etməyə haqları var və əgər bir daha Livana təcavüz edilərsə, müqavimət münasib və mütənasib şəkildə cavab verəcək və müqavimət üçün heç bir qırmızı xətt mövcud deyildir.
Livan Hizbullahının baş katibi sionist rejimə xitabən deyib: Dünənədək məğlubedilməz olduğu deyilən bir ordu bu gün o qədər süst və zəif olubdur ki, Hollivud filmləri kimi işlərə üz tutub və müqavimətin cavabından qorxaraq, öz hərbi avtomobillərinə müqəvva qoyur və bütün sərhədi boşaldır.