Səud qırıcıları Əlhudəydənin mülki məntəqələrinə hücum ediblər
Sen 20, 2019 09:08 Asia/Baku
Təcavüzkar səud koalisiyasının qırıcıları dörd növbədə Yəmənin qərbində yerləşən əl-Hudəydə əyalətindəki mülki məntəqələri hədəfə alıblar.
Səud qırıcıları bu hücumlarda "7 iyul" bölgəsini, həmçinin əl-Hali rayonunun əl-Cəbanə bölgəsini bombalayıblar.
Təcavüzkar səud qüvvələri həmçinin əl-Hudəydə əyalətində yerləşən əl-Dərihmi şəhərinin yaşayış binalarını hədəfə alıblar. Onlar əl-Şəəb şəhərinin şərqində hərbi istehkamlar yaradıblar.
Təcavüzkar səud koalisiyası çərşənbə günü gecə də atəşkəs razılaşmasını bir daha pozaraq, əl-Hudəydə əyalətində yerləşən əl-Təhita bölgəsini mərmi hücumları hədəfinə almışdı.