Sen 22, 2019 08:41 Asia/Baku
  • İŞİD Kərbəla vilayətində baş vermiş terror partlayışının məsuliyyətini üzərinə götürüb
    İŞİD Kərbəla vilayətində baş vermiş terror partlayışının məsuliyyətini üzərinə götürüb

İŞİD Kərbəla vilayətinin şimalında bir avtobusun partladılması üzrə məsuliyyəti üzərinə götürüb.

İraq mediaları cümə günü gecə Kərbəla vilayətininin şimalında terror partlayışının baş verməsindən xəbər verdilər.

Kərbəla vilayətininin şimalındakı bir keçid məntəqəsində baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 4 nəfər də yaralanıbdır.

İraq mənbələri bir avtobusun içərisində bomba partladığını bildiriblər.

İraqda İŞİD terror qruplaşmasının məğlub olmasına baxmayaraq, hələ də ölkənin müxtəlif bölgələrində terror qruplaşmasının üzvləri var və onlar pərakəndə şəkildə terror aktları törədirlər.

Teqlər