Livanın xarici işlər naziri: Hizbullah terror təşkilatı deyil
Sen 24, 2019 20:11 Asia/Baku
Livanın xarici işlər naziri deyib ki, Livanın Hizbullah hərəkatı terror təşkilatı deyildir.
BMT Baş Məclisinin 74-cü sessiyasında iştirak üçün Livan prezidenti Mişel Oun ilə yanaşı Nyu-Yorkda olan bu ölkənin xarici işlər naziri Cubran Basil Livanın LBC telekanalı ilə müsahibədə əlavə edib ki, Beyrut Amerikanın Hizbullahın terrorçu adlandırılmasına dair istəyi ilə müxalifdir.
Basil Livan Hizbullahının Zahiyyəyə hücumundan sonra sionist rejimə son cavabı haqda deyib ki, Hizbullah Livanın təhlükəsizliyini müdafiə edir.
Livanın islami müqavimətilə döyüşdə son vaxtlar PUA-dan istifadə edən sionist rejim avqustun 25-də iki PUA ilə Beyrutun cənubundakı Zahiyyə bölgəsinə hücum etdi, lakin hər iki pilotsuz Hizbullah tərəfindən vuruldu.