Hüseyn Ərbəini mərasiminin təhlükəsilyini təmin etmək üçün əl-Həşduşşəbinin əməliyyatı başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349489-hüseyn_Ərbəini_mərasiminin_təhlükəsilyini_təmin_etmək_üçün_əl_həşduşşəbinin_əməliyyatı_başlanıb
İraqın əl-Həşduşşəbi komandanlığı Hüseyn Ərbəini mərasiminin təhlükəsilyini təmin etmək üçün Babil vilayətinin şimal bölgələrində təmziləmə və patrul əməliyyatının başlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2019 14:21 Asia/Baku
  • Hüseyn Ərbəini mərasiminin təhlükəsilyini təmin etmək üçün əl-Həşduşşəbinin əməliyyatı başlanıb
    Hüseyn Ərbəini mərasiminin təhlükəsilyini təmin etmək üçün əl-Həşduşşəbinin əməliyyatı başlanıb

İraqın əl-Həşduşşəbi komandanlığı Hüseyn Ərbəini mərasiminin təhlükəsilyini təmin etmək üçün Babil vilayətinin şimal bölgələrində təmziləmə və patrul əməliyyatının başlanmasından xəbər verib.

Əl-Həşduşşəbi təşkilatının tabeliyində olan "Mərkəzi Fərat" əməliyyatının komandanı Əli əl-Həmdani bu gün deyib: Bu əməliyyatda "Curf əl-Nəsr" bölgələri də terror ünsürlərindən təmizlənəcəkdir ki, Ərbəin mərasiminin keçirilməsinə şərait yaranmış olsun.

Əli əl-Həmdani həmçinin Əl-Həşduşşəbi qüvvələrinin digər təhlükəsizlik orqanları ilə tam koordinasiyasından xəbər verib. O, deyib: Hüseyn Ərbəini yürüşünün ilk dəstələri İraqın ən cənub bölgəsində yerləşən Bəsrə şəhərinin "Rəəs əl-Bişə" bölgəsindən müqəddəs Kərbəla şəhərinə doğru yola düşüblər.

Səfər ayının 20-si, oktyabrın 19-u, dünya şiələrinin üçüncü imamı İmam Hüseyn(ə)-ın və o həzrətin sadiq köməkçilərinin Kərbəla düzündə şəhid olmalarının ərbəini günüdür. Hər il bu gündə bütün dünyadan milyonlarla zəvvar Hüseyn Ərbəini mərasimində iştirak etmək üçün Kərbəla şəhərinə daxil olur.