Səud koalisiyasının casus dronu Yəmən qüvvələri tərəfindən məhv edilib
Okt 13, 2019 15:41 Asia/Baku
-
Səud koalisiyasının casus dronu Yəmən qüvvələri tərəfindən məhv edilib
Yəmənin ordusu və xalq komitələri bu ölkənin Əlhudəydə əyalətində təcavüzkar səud koaliyasının bir ədəd casusluq dronunu məhv ediblər.
Yəmənli qüvvələr Əlhudəydə şəhərində bu casus pilotsuz təyyarəsini müşahidə etdikdən sonra onu hədəfə alaraq, məhv ediblər.
Bundan öncə, sentyabrın 18-də də Yəmənin ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri Yəmənin cənub-qərbində yerləşən Təiz əyalətinin Əlvəzaiyyə rayonunda təcavüzkar səud koaliyasının bir ədəd casusluq dronunu məhv etmişdilər.