Fəratın şərqində kürdlərlə Türkiyə arasında döyüşlər şiddətlənib
-
Fəratın şərqində kürdlərlə Türkiyə arasında döyüşlər şiddətlənib
Fəratın şərqində demokratik Suriya qüvvələri ilə Türkiyənin dəstəklədiyi qruplar arasındakı döyüşlər şiddətlənibdir.
Türkiyə qırıcıları və artilleriyası dəfələrlə demokratik Suriya qüvvələrinin mövqelərini hədəfə alıblar. Hücumlar Hələbin şimal-şərq ətrafına qədər gedib çıxıbdır. Bu arada, Türkiyə tərəfindən dəstəklənən qrupların Mənbicin şimal bölgələrindəki fəaliyyətləri artıbdır.
Türkiyə qüvvələri Suriyada irəliləməyə davam edərkən ABŞ rəsmiləri bildiriblər ki, bu ölkə öz qoşunlarını Suriyanın şimalından çıxarmağı sürətləndirmək istəyir.
Türkiyə ordusu Suriyanın 220 kvadrat-kilometr ərazisini ələ keçiribdir.
Bu arada, Qamışlı, Əlhəsəkə və Diyrəzzurun qərb ətrafının sakinləri Türkiyənin hücumlarının dayandırılmasını istəyiblər. Onlar habelə ABŞ işğalçılarının çıxarılmaları zərurətini vurğulayıblar.