Əlhəsəkə əhalisi Suriya ordusunun bu ölkənin şimalında olmasını müsbət qarşılayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350429-Əlhəsəkə_əhalisi_suriya_ordusunun_bu_ölkənin_şimalında_olmasını_müsbət_qarşılayıb
Suriya ordusunun Türkiyə ordusunun bu ölkənin şimalına qarşı təcavüzü ilə mübarizə üzrə addımları Əlhəsəkə əhalsinin sevincinə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2019 17:23 Asia/Baku
  • Əlhəsəkə əhalisi Suriya ordusunun bu ölkənin şimalında olmasını müsbət qarşılayıb
    Əlhəsəkə əhalisi Suriya ordusunun bu ölkənin şimalında olmasını müsbət qarşılayıb

Suriya ordusunun Türkiyə ordusunun bu ölkənin şimalına qarşı təcavüzü ilə mübarizə üzrə addımları Əlhəsəkə əhalsinin sevincinə səbəb olub.

Əlhəsəkə əhalisi şəhərin müxtəlif küçə və məhəllələrində şadlıq edərək, orduya öz dəstəyini ifadə edibdir.

Bu arada suriyalı kürdlərin Suriya demokratik qüvvələrinin baş komandanı Məzlum Əbdi bildirib ki, əhalinin həyatını xilas etmək üçün Rusiya və Suriya hökumətlərinə təkliflər veribdir.

O, əlavə edib: Suriya demokratik qüvvələri Moskva və Dəməşqə imtiyazlar verəcək və əgər “imtiyaz vermək” ilə “Suriya xalqının qırğın edilməsi” seçimləri ortaya qoyularsa, şübhəsiz, xalqın həyatını seçəcəkdir.

Suriya ordusunun gəlişindən sevincini ifadə etmək üçün küçəyə çıxmış Əlhəsəkə sakinlərindən biri deyib: Suriyanın bütün bölgələrinin vətənin qoynuna qayıtmasını təbrik edirik. Sevincimiz vəsfolunmazdır. Suriyanın ordusunu, prezidentini və xalqını təbrik edirik.

Əlində Suriyanın bayrağını tutan və Əlhəsəkə sakini olan bir qadın da belə deyib: Suriya bu gün burada, Əlhəsəkə vilayətində qalib gələcək. Bu bayraq bu gün Suriyanın digər bölgələrində olduğu kimi Əlhəsəkədə də dalğalanacaqdır. Orduya təşəkkür edirik. Yaşasın, Prezident!

Əlhəsəkənin digər bir sakini isə belə deyib: Əlhəsəkə vilayətində qələbənin nişanələri və müjdəsini görmək olar. Qələbə müjdəsi Əlhəsəkə meydanlarından başlandı və Qolanda başa çatacaqdır. Qolan və Əlhəsəkə və bu ölkənin yerdə qalan hissələri bizimdir.