Okt 22, 2019 08:06 Asia/Baku
  • Səud qırıcıları Yəmənin Səədə əyalətinə hücum ediblər
    Səud qırıcıları Yəmənin Səədə əyalətinə hücum ediblər

Təcavüzkar səud koalisiyası qırıcılarının Yəmənin Səədə əyalətinə qarşı hücumunda bir qrup mülki ölüb və yaralanıb.

Təcavüzkar səud koalisiyası qırıcılarının dünən Yəmənin Səədə əyalətinin Kətaf rayonuna qarşı hücumunda dörd yəmənli mülki ölüb, bir neçə uşaq və qadın daxil olmaqla bir qrup insan da yaralanıbdır.

Səud təcavüzkarlar həmçinin Yəmənin Əlhudəydə əyalətinin “16-cı kilometr” bölgəsini mərmi hücumları hədəfinə alıblar.

Yəmənin ordusu və xalq komitələri də səudların cinayətlərinə cavab olaraq, təcavüzkarların Səədə əyalətindəki mövqelərini hədəfə alıblar. Bu əməliyyatda bir qrup səud muzduru öldürülüb.

Səudiyyə ərəbistanı, ABŞ, əmirliklər və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum edib və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.
Səudiyyə Ərəbistanının Yəməndə apardığı müharibə bu günə qədər on altı mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.

 

Teqlər