Hizbullah Livanın yeni nazirlər kabinetinin təşkilinin sürətləndirilməsini istəyib
Livan Hizbullahının baş katib müavini bu ölkənin yeni nazirlər kabinetinin təşkilinin sürətləndirilməsini istəyib. Qeyd edib ki, bu proses hər nə qədər uzanarsa, onun Livan xalqının həyatına mənfi təsiri daha çox olacaqdır.
Şeyx Nəim Qasim Hizbullahın livanlı aksiyaçıların iqtisadi və ictimai tələblərinə dəstək verdiyini vurğulayıb və təxribatçı şəxslərə və qruplara Livan xalqının tələblərini yayındırmaq haqda xəbərdarlıq edib.
Şeyx Nəim Qasim həmçinin aksiyaçılar tərəfindən bir mərkəzi komitənin təşkili vacibliyini vurğulayıb. Bildirib ki, bu komitənin təşkil olunacağı təqdirdə, əsl etirazçılar məlum olacaqdır.
Livan oktyabrın 17-dən bəri iqtisadi böhrana və vergilərin vəziyyətinə etiraz edən xalqın aksiyalarının şahididir.
İşsizlik, iqtisadi yoxsulluq, hökumətin iri borc həcmi, xüsusən korrupsiyanın iri həcmini Livandakı etirazların dörd əsas amili adlandırmaq olar.
Livanda etirazların davam etməsilə Səəd Əlhəriri ötən çərşənbə axşamı günü baş nazirlik vəzifəsindən istefa verdi və istefa bu ölkənin prezidenti Mişel Oun tərəfindən qəbul olundu.