Livan xalqı ABŞ rəsmisinin müdaxilə mahiyyətli sözlərinə qarşı aksiya keçirib
Livan xalqından bir qrup insan Amerikanın Livandakı sabiq səfirinin müdaxilə mahiyyətli sözlərinə etiraz olaraq ABŞ-ın Beyrutdakı səfirliyi önündə aksiya keçirib.
Amerikanın Livandakı sabiq səfiri Cefri Feltmann səudiyyədə çıxan “Əl-Şərq” qəzeti ilə müsahibədə son aksiyalar zamanı Livan Hizbullahının imicinin pozulduğunu iddia edərək, Amerika hökumətindən Livanın təhlükəsizlik qüvvələrinə hərbi köməklərini bərpa etməsini istəyibdir.
Güclü təhlükəsilzik tədbirləri altında keçirilən bu aksiyanın iştirakçıları şüarlar verərək, Amerikanın onların ölkələrinin daxili işlərinə qarışmasını pisləyiblər.
Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasim və icra şurasının sədr müavini Şeyx Əli Dəəmuş da Cefri Feltmannın son sözlərini Amerikanın Livanın məsələlərinə aşkar müdaxiləsi miqdarının bəyanedicisi adlandırıb və onu pisləyiblər.
Livan şəhərləri oktyabrın 17-dən bu ölkədəki iqtisadi böhran və vergilərin durumuna qarşı xalq aksiyalarının şahididir. Bu aksiya demək olar ki, yatıb və hazırda daha çox xalq toplantıları üzərində təmərküzləşibdir.
Livandakı aksiyaların ikinci həftəsində baş nazir Səəd Həriri istefa verdi və indiyədək Həririnin başçılığı altında fəaliyyət göstərən hökumət ölkənin işlərini idarə edir.