Suriyanın şimalı naməlum qırıcıların hücumuna məruz qalıb
-
Suriyanın şimalı naməlum qırıcıların hücumuna məruz qalıb
Suriyalı mənbələr bazar ertəsi günü gecə naməlum qırıcıların bu ölkənin Hələb vilayətinin şimal-şərq ətrafına hücumundan xəbər veriblər.
Suriyanın rəsmi SANA informasiya agentliyi Hələb vilayətinin şimal-şərq ətrafında yerləşən Əlbab və Əlrai şəhərlərinin ətrafındakı bölgələrin naməlum qırıcı-bombardmançı təyyarələr tərəfindən hədəfə alınmalarını təsdiq edərək, bildirib ki, bu hücumlarda məqsəd, bölgədəki neft və qaz yataqları olubdur.
İndiyədək bu xəbərin detalları haqda bir məlumat verilməyibdir.
Suriyanın əksər neft və qaz yataqları İŞİD terror qrupunun 2011-ci ildən meydana gəlməsi ilə öncə bu qruplaşma ünsürlərinin əlinə keçdi və iki il olar ki, İŞİD-in məğlubiyyətilə Amerikanın müttəfiqi kimi Suriya demokratik qüvvələri bu yataqlara yiyələniblər.
Bu xəbər Nyu-York Tayms qəzetinin Suriyanın şimal-şərqində ABŞ-ın hərbi əməliyyatının başlanması barədə məlumat verməsindən sonra yayılır.
Nyu-York Tayms qəzeti dünən hərbi rəsmilərə istinadla yazıb: Amerika qüvvələri Suriyanın şimalında İŞİD qüvvələrinə qarşı iri miqyasda anti-terrorizm tapşırıqlarını bərpa ediblər. ABŞ hərbi qüvvələrinin əməliyyatının bərpası xəbəri elə bir halda yayılır ki, Donald Tramp ötən iki ayda öz qüvvələrini geri çəkməklə Türkiyə qüvvələrinin Suriyanın şimal bölgələrinə hücumuna bais oldu.