Hələbə qarşı artilleriya hücumlarında 9 mülki həyatını itirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353289-hələbə_qarşı_artilleriya_hücumlarında_9_mülki_həyatını_itirib
Türkiyənin dəstək verdiyi qüvvələrin Suriyanın Hələb şəhərinin şimal ətrafına qarşı artilleriya hücumunda azı 9 mülki ölüb, on nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2019 14:41 Asia/Baku
  • Hələbə qarşı artilleriya hücumlarında 9 mülki həyatını itirib
    Hələbə qarşı artilleriya hücumlarında 9 mülki həyatını itirib

Türkiyənin dəstək verdiyi qüvvələrin Suriyanın Hələb şəhərinin şimal ətrafına qarşı artilleriya hücumunda azı 9 mülki ölüb, on nəfər də yaralanıbdır.

Türkiyənin dəstək verdiyi qüvvələrin artilleriyası Hələbin şimal ətrafında yerləşən Təl-Rəfət şəhərini hədəfə alıbdır.

"Əfrəyn və Əzaz" bölgəsində, həmçinin Hələbin şimal ətrafında yerləşən bu qüvvələr həmin bölgələrdən Təl-Rəfət şəhərini ağır texnika ilə atəşə tutublar.

Türkiyə ordusunun "Sülh bulağı" əməliyyatı adlandırılan Suriyanın şimalına hücumu terrorizmlə mübarizə və Türkiyə-Suriya sərhəd bölgələrinin Ankaranın terrorçu adlandırdığı kürd yarımhərbçilərdən təmizlənməsi bəhanəsilə oktyabrın 9-da başlandı, lakin Moskva ilə Ankaranın bu barədə razılaşmalarından sonra hələlik olaraq başa çatdı.

Bununla belə, Türkiyə ordusu hələ də Suriyanın şimalındadır.